Dövlət Məşğulluq Agentliyi nəzdində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzində “Proqramla idarə olunan dəzgah operatoru” kursunun təlimləri Lənkəranda davam edir.
Azərsun Lənkəran Konserv Zavodu ASC və Gilan Lənkəran Konserv Zavodu ilə əməkdaşlıq çərçivəsində təşkil olunan kurslarda ümumilikdə 28 müdavim peşə hazırlığı alır.
Kurs zamanı iştirakçılara nəzəri biliklər aşılanır və istehsalat təcrübəsinə cəlb olunurlar. 2 ay davam edəcək kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursu müvəffəqiyyətlə bitirən şəxslər Azərsun Lənkəran Konserv Zavodu ASC və Gilan Lənkəran Konserv Zavodunda iş ilə təmin olunacaq.