Paylaşılıb 21 iyul 2022

“Proqramla idarə olunan dəzgahların operatoru” kursu yekunlaşdı

Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi Salyan Qida Məhsulları Kommersiya şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “Proqramla idarə olunan dəzgahların operatoru” peşə hazırlığı kursu yekunlaşdı.

16.05.2022-ci il tarixində başlanan, nəzəri təlim, istehsalat təlimi və istehsalat təcrübəsindən ibarət olan kurs 18.07.2022-tarixində yekunlaşdı. Bu  müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olundu, buraxılış imtahanından müvəffəqiyyətlə keçən 9 məzun işlə təmin olunacaq.

 

 

Whatsapp Zəng et