Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzində, Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin üzvləri üçün təşkil olunan peşə hazırlığı kursu yekunlaşdı.
20.10.2022-19.12.2022- ci il tarixlərini əhatə edən 2 aylıq “Qənnadçı, şirniyyatçı” peşə hazırlığı kursuna 16 işsiz vətəndaş cəlb olunmuşdu, buraxılış imtahanını müvəffəqiyyətlə verən 13 məzuna bu gün sertifikatlar təqdim olundu.
Kursun keçirildiyi iki ay müddətində müdavimər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olunmuşdu. Nəzəriyyə və istehsalat təcrübəsi hissələrindən ibarət olan peşə hazırlığı kursunu bitirən məzunlar, ixtisaslaşmış kadr olaraq əmək bazarına daxil ola biləcəklər.