Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən işsiz şəxslər üçün “Qeydiyyatçı” peşəsi üzrə hazırlıq kursunun tədrisi başlandı. Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 9 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu. 2 ay davam edəcək kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olacaq müdavimlər ”Loqos Psixoloji Nitq Mərkəzi”ndə müvafiq sahə üzrə işlə təmin olunacaq.