Paylaşılıb 17 mart 2023

Qubada “Aşpaz” peşə hazırlığı kursu təşkil olundu

Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə “Quba palace hotel” arasında imzalanan müqaviləyə əsasən, Bakı Peşə Hazırlığı Mərkəzi “Aşpaz” peşə hazırlığı kursu təşkil etdi. 

Tədris müddəti 2 ay olan peşə hazırlığı kursuna 25 işsiz statusu olan vətəndaş cəlb olunub.

16.03.2023-16.05.2023 tarixlərdə keçiriləcək kursda peşəkar mütəxəssislər tərəfindən nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.

Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən şəxslər müvafiq sahədə  işlə təmin olunacaq.

 

Whatsapp Zəng et