Paylaşılıb 17 mart 2023

Qubada “Xarici dil” kursu təşkil olundu

Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə “Quba palace hotel” arasında imzalanan müqaviləyə əsasən, Bakı Peşə Hazırlığı Mərkəzi “Xarici dil”  kursu təşkil etdi. 

16.03.2023-cü il tarixində, ümumilikdə 9 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün qrup təşkil olundu. 3 ay davam edəcək peşə hazırlığı kursunun buraxılış imtahanı müvəffəqiyyətlə verən məzunlar “Quba palace hotel”də əmək fəaliyyətinə başlayacaq.

Hal-hazırda peşə hazırlığını keçən müdavimlər, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunur.

 Kurslara  qeydiyyat davam edir. İştirak etmək istəyən vətəndaşlar, Regional Məşğulluq Filiallarına müraciət edərək “işsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkəzində peşə hazırlığına cəlb olunur.

Whatsapp Zəng et