Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində iki adda peşə hazırlıq kursunun açılışı oldu.
08.02.2023-cü il tarixində başlanan kurs müddətində müsahibədən müvəffəqiyyətlə keçən müdavimlərə lazımi nəzəri biliklər tədris ediləcək, istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Salyan şəhərində keçiriləcək kurslar, “Qənnadçı-şirniyyatçı” və “Proqramla idarə olunan dəzgah operatoru” ixtisas istiqamətləri üzrə təşkil olunub, ümumilikdə 17 müdavim peşə hazırlığı keçəcək. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək. Bakı Peşə Hazırlığı Mərkəzinin işəgötürən fiziki şəxs Əliyeva Fidan Fəxrəddin qızı və “Salyan qida Məhsulları İstehsalat Kommersiya şirkəti” MMC ilə əməkdaşlığı çərçivəsində müvafiq ixtisas üzrə işlə təmin olunacaqlar.