Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan satıcı peşəsi üzrə hazırlıq kursu təşkil olundu. 100-ə dək “işsiz” statusu olan vətəndaşın qatıldığı müsahibədən uğurla keçən 13 müdavim “Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” peşəsi üzrə nəzəriyyə və təcrübə təlimi alacaq.
Kursun davam edəcəyi bir ay müddətində müdavimər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Bravo supermarketlər şəbəkəsində işlə təmin olunacaq.
Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən işsiz vətəndaşlar , işsizlik statusu almaq üçün öncə Regional Məşğulluq Filiallarına və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi- “DOST” Mərkəzlərinə müraciət edə bilər.