Paylaşılıb 10 fevral 2023

."Sığorta agenti" peşə hazırlığı kursu yekunlaşdı

Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin- "Xəzər Sığorta Agentliyi" ilə əməkdaşlığı çərçivəsində "Sığorta agenti" peşə hazırlığı kursunun 10  müdavimi 10.02.2023 tarixində  buraxılış imtahanı verdi.

12.12.2022 tarixində başlanan peşə hazırlığı kurslarının davam etdiyi 2 ay müddətdə ölkə üzrə müəyyən olunan minimum aylıq  əməkhaqqı miqdarında təqaüd alan məzunlar, imtahanlardan müvəffəqiyyətlə keçərək rəsmi dövlət sertifikatı alıb "Xəzər Sığorta Agentliyi"-ndə işlə təmin olunacaq. 

Whatsapp Zəng et