Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişii əsasında Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən Şirvan şəhərində "Dərzi" peşəsi üzrə hazırlıq kursu təşkil edilib.
Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi ilə Fiziki şəxs - fərdi sahibkar Vəliyeva Nailə xanım arasında əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəgötürənin təyin etdiyi meyarlar əsasında seçim aparılmaqla 8 işsiz şəxs kursa cəlb edilib.
Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər müvafiq sahə üzrə əmək fəaliyyətinə başlayacaq.
Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.