Paylaşılıb 28 fevral 2023

Şirvan şəhərində "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" kursu təşkil olundu

Dövlət Məşğulluq Agentliyinn tabeliyində Bakı peşə Hazırlığı Mərkəzini iki aylıq "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kursu təşkil olunub. 

28.02.2023 tarixində, ümumilikdə 6 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün qrup təşkil olundu. 2 ay davam edəcək peşə hazırlığı kursunun buraxılış imtahanı müvəffəqiyyətlə verən məzunlar müvafiq sahədə əmək fəaliyyətinə başlayacaq.

Hal-hazırda peşə hazırlığını keçən müdavimlər, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunacaq.

"Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kurslarına qeydiyyat davam edir. Kurslarda iştirak etmək istəyən vətəndaşlar, DOST mərkəzlərinə və Regional Məşğulluq Filiallarına müraciət edərək “işsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkəzində peşə hazırlığına cəlb olunur.

 

Whatsapp Zəng et