Paylaşılıb 03 fevral 2023

Şirvan şəhərində iki kurs təşkil olundu

Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində  iki adda peşə hazırlıq kursunun açılışı oldu.

03.02.2023-cü il tarixində başlanan kurs müddətində  müsahibədən müvəffəqiyyətlə keçən müdavimlərə lazımi nəzəri biliklər tədris ediləcək,  istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Şirvan şəhərində  keçiriləcək kurslar, “Təchizat agenti” və “Qrafik dizayner” ixtisas istiqamətləri üzrə təşkil olunub, ümumilikdə 15 müdavim peşə hazırlığı keçəcək. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək. Bakı Peşə Hazırlığı Mərkəzinin işəgötürən fiziki şəxs  Zahidov Mahir Yasər oğlu və "Xızıroğlu" MMC  ilə əməkdaşlığı çərçivəsində müvafiq ixtisas üzrə işlə təmin olunacaqlar.

Whatsapp Zəng et