Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Bakı Peşə Hazırlığı Mərkəzində “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi.
16 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu 01.03.2023 tarixində yekunlaşdı.
İki ay davam edən kurs müddətində müdavimlərə ölkə üzrə təyin olunan mininum aylıq əməkhaqqı miqdarında təqaüd ödənilirdi. İmtahanı müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Sumqayıt-Toxucu-Tikişçi fabrikində işlə təmin olunacaq.
Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.