Paylaşılıb 13 dekabr 2022

Sumqayıtda “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursu başlandı

WhatsApp Image 2022-12-13 at 16.56.44

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursu başlandı.

14 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu 13.12.2022 tarixində başlanıb, iki ay davam edəcək. 

Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş  işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi, Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Sumqayıt Tekstil  MMC ilə birgə təşkil etdiyi kurslarda  iştirak etmək üçün seçimlərdən keçib. 

Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Sumqayıt Tekstil  MMC -də işlə təmin olunacaq.  

Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına  müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.

Whatsapp Zəng et