Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan "Təchizat üzrə agent" peşəsi üzrə hazırlıq kursunun müdavimləri məzun oldu.
Kursun davam etdiyi bir ay müddətində müdavimər ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olunmuşdu. "Təchizat üzrə agent" peşəsi üzrə hazırlıq kursuna qatılan 10 müdavimdən 9-u buraxılış imtahanını müvəffəqiyyətlə verdi. Onlar, rəsmi dövlət sertifikatı aldıqdan sonra müvafiq sahədə Bravo marketlər şəbəkəsində işlə təmin olunacaq.
Bakı Peşə Hazırlığı Mərkəzində təqaüd alaraq əmək bazarının tələblərinə uyğun peşəyə yiyələnib, rəsmi dövlət sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən işsiz və işaxtaran vətəndaşlar, bu statusu almaq üçün öncə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi- “DOST” mərkəzlərinə müraciət edə bilər.