Paylaşılıb 15 noyabr 2022

“Tikiş avadanlıqlarının operatoru, tikişçi" peşə hazırlığı kursu başlandı

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində  “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursu başlandı.

14 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu iki ay davam edəcək. 

Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş  işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi, Abşeron-Xızı Regional Məşğulluq filialınıngöndərişi əsasında  Alyans Tekstil MMC ilə birgə təşkil etdiyi kurslarda  iştirak etmək üçün seçimlərdən keçib. 

Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Alyans Tekstil MMC-də işlə təmin olunacaq.  

Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına  müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.

Whatsapp Zəng et