Paylaşılıb 27 fevral 2023

“Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursu başlandı

Dövlət Məşğulluq Agentliyinin  Bakı Peşə Hazırlığı Mərkəzində “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursu başlandı.

18 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu 24.02.2023 tarixində başlanıb, iki ay davam edəcək. 

Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş  işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzinin Kale Solution MMC ilə birgə təşkil etdiyi kurslarda  iştirak etmək üçün seçimlərdən keçib. 

Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Kale Solution MMC -də işlə təmin olunacaq.  

Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən  vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına  müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.

Whatsapp Zəng et