Quba-Xaçmaz Regional Məşğulluq filialının göndərişi əsasında, Kənd Təssərüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu və Bakı Peşə Hazırlığı Mərkəzi “Toxumçuluq, şitilçilik və tingçilik mütəxəssisi” peşə hazırlığı kursunu təşkil etdi.
12 nəfər işsiz vətəndaş üçün təşkil olunan kurs 2 ay davam edəcək. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olundu, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar Kənd Təssərüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda işlə təmin olunacaq.