Paylaşılıb 12 oktyabr 2022

"Turizm agenti" və "Qeydiyyatçı" peşə hazırlığı kurslarının təlimləri yekunlaşdı

Bakı Peşə Hazırlığı Mərkəzivə DövlətMəşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluqfilialı tərəfindənSalyan rayonunda işsiz şəxslər üçün"Turizm agenti" və "Qeydiyyatçı"  peşə hazırlığı kurslarının təlimləri yekunlaşdı. 

15.08.2022 və 13.09.2022 tarixlərində peşə hazırlığına başlanan kursların məzunları üçün buraxılış imtahanı keçirildi.

Vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundmuşdu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 17 nəfər sözügedən peşə hazırlığı kurslarına cəlb olundu. Tədris planına uyğun olaraq 1 ay və 2 ay davam edən kurs müddətində, vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödənildi, buraxılış imtahanından müvəffəqiyyətlə keçən 15 müdavim məzun oldu. Onlar, "Haldun Turizm İnşaat" və " Billur klinika" şirkətlərində tədris aldıqları peşə ixtisasına uyğun işlə təmin olunacaq.

 

Whatsapp Zəng et