Paylaşılıb 28 sentyabr 2022

"Vizajist, manikur, pedikur ” peşə hazırlığı kursuna start verildi

Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzində 11 nəfər işsiz statusu olan vətəndaş üçün “Vizajist, manikur, pedikur ” peşə hazırlığı kursuna start verildi.

26.09.2022 -ci il tarixində başlanan, nəzəri təlim, istehsalat təlimi və istehsalat təcrübəsindən ibarət olan kursun  23.11.2022 -tarixində yekunlaşacağı planlaşdırılır. Bu  müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunacaq, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar  işlə təmin olunacaq.

Whatsapp Zəng et