Paylaşılıb 01 noyabr 2022

“Xalçaçı” peşə hazırlığı kursu yekunlaşdı

Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə fiziki şəxs-fərdi sahibkar Məmmədova Humayə Muxtar qızı arasında imzalanan müqaviləyə əsasən, Bakı Peşə Hazırlığı Mərkəzi “Xalçaçı” peşə hazırlığı kursu təşkil etdi. 

Tədris müddəti 3 ay olan peşə hazırlığı kursuna 12 işsiz statusu olan vətəndaş cəlb olunmuşdu, 11 nəfər buraxılış imtahanını müvəffəqiyyətlə verərək məzun oldu. 

08.08.2022-31.10.2022 tarixlərdə keçirilən kursda peşəkar mütəxəssislər tərəfindən nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunurdu.

Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən şəxslər müvafiq sahədə  işlə təmin olunacaq.

Whatsapp Zəng et