Paylaşılıb 19 avqust 2022

“Xalçaçı”  və "Ofisiant" peşələri üzrə hazırlıq kurslarına start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Xalçaçı”  və "Ofisiant" peşələri üzrə hazırlıq kurslarına start verilib.

Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə "Aygün" Tədris və İstehsalat Firması və fiziki şəxs-fərdi sahibkar Məmmədova Humayə Muxtar qızı arasında imzalanan müqaviləyə əsasən təşkil edilən kurslara ümumilikdə 31 işsiz şəxs cəlb edilib.  “Dərzi” peşəsi üzrə peşə hazırlığı kursunun müddəti 2 ay, “Xalçaçı” peşə hazırlığı kursunun tədris müddəti isə 3 aydır.

Peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.

Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən şəxslər müvafiq sahədə  işlə təmin olunacaqlar.

Whatsapp Zəng et