Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi və Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən yeni kursa start verilib.
Sumqayıt şəhərində işsiz şəxslər üçün təşkil olunan “Yanacaqdoldurma stansiyalarının operatoru” peşəsi üzrə kursa müsahibə mərhələsindən keçən 12 namizəd cəlb olunub.
1 ay davam edəcək tədris müddətində iştirakçılara minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar "SOCAR PETROLİUM" QSC-də işlə təmin olunacaq.