ISO - keyfiyyətə təminat
ISO - keyfiyyətə təminat

Bu gün məhsulun qiyməti bazarda tənzimlənir və tələbatın təmin edilib – edilməməsi qərarını söz sahibi olan müştəri verir. Fəaliyyət sahəsindən asılı olmayaraq, müəssisələr daim inkişaf etmək, yalnız daxili bazarda deyil, eyni zamanda dünya bazarında da rəqabət qabiliyyətinə malik olmaq istiqamətində daim yollar arayırlar.Burada əsas yollardan və şərtlərdən biri istər daxili bazarda,istərsə də dünya bazarında rəqabətlik qabiliyyətinə davam gətirmək üçün ilk versiyası Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO İnternational Organization for Standardization) tərəfindən işlənib hazırlanmış və dünyanın qabaqcıl ölkələrində tətbiq edilən ən nüfuzlu standart kimi qəbul edilən İSO seriyalı idarəetmə sistemlərinin müəssisədə tətbiqi və müvafiq sertifikatların alınmasıdır. Belə ki,beynəlxalq standartların tətbiqi ilə:✓ daxili və xarici bazarda müəssisənin imicinin formalaşması;✓ idarəetmədə daha müasir metodların tətbiq edilməsi;✓ sifarişçilər üçün etibarlı tərəf müqabili olmaq;✓ daha böyük və məsuliyyətli işlərin həyata keçirilməsi;✓ sifarişçilərin tələblərinə uyğun sənədləşdirmə işlərinin aparılması;✓ işləri təhlükəsiz,  ətraf mühitə ziyan vurmadan  və  keyfiyyətlə yerinə  yetirmək;✓ bütün fəaliyyətə tam nəzarət etmək imkanı;✓ bütün işçi personalın öz bacarıq və qabiliyyətini nümayiş etdirməsi;✓ uyğunsuzluqların vaxtında aşkar edilməsi və aradan qaldırılması;✓ komanda şəklində işləmək bacarığı;✓ vaxta qənaət;✓ sifarişçi məmnuniyyətinin qazanılması və s. kimi məsələlər öz həllini tapır.İdarəetmədə mövcud olan bütün boşluqların aradan qaldırılması, tənzimlənməsi və inkişafa nail olunmasının yeganə yollarından biri də beynəlxalq standartların tətbiqidir. Müəssisənin siyasətinə və sifarişçi tələblərinə uyğun olaraq nəticələri əldə etmək üçün məqsədlər və proseslər yaradılmalıdır. Müasir dövrdə satış bazarının hansısa bir hissəsini əldə etmək üçün əsas şərt – keyfiyyətdir. Yalnız keyfiyyət, məhsulun rəqabət qabiliyyətini yüksəldir. Keyfiyyəti idarəetmənin ən əsas hədəflərindən biri müəssisənin fəaliyyətinin müştərilərin istək və tələbləri üzərində qurmaqla, onların məmnunluğunun təmin edilməsidir. Standartda “müştəri məmnunluğu” əsas tələb kimi irəli sürülür və bu məsələyə diqqət yönəldilir.İSO seriyalı idarəetmə sistemləri içində ən tələbolunan İSO 9001 – Keyfiyyət İdarəetmə Sistemidir. Hər bir təşkilata ehtiyac duyulan beynəlxalq standartlardan mühümləri içərisində yer alır. Çünki hal - hazırki dövrdə inkişaf etmiş müəssisələr, iki analoji məhsul istehsal edən şirkətlərdən keyfiyyət sisteminə İSO sertifikatı əldə etmiş təşkilata üstünlük verirlər. İSO 9001 müasir bazar iqtisadiyyatı sistemində ən güclü marketinq aləti kimi istifadə olunur.KEYFİYYƏT SİSTEMİ NƏ DEMƏKDİR?İSO silsiləsindən olan standartlar Beynəlxalq Standartlaşdırma Təşkilatı (International Organization for Standardization, ISO) tərəfindən işlənib hazırlanmışdır.Mahiyyətcə KS şirkətin keyfiyyətinin idarəetməsi üzrə aşağıdakıları özündə birləşdirən sistemdir: bir-birinə qarşılıqlı təsir göstərən proseslər və prosedurlar, səriştəli heyət, təşkilati və texnoloji tədbirlər, planlar, sənədlər... Yəni təşkilatın öz fəaliyyəti məqsədlərinə nail olmaq üçün həyati dərəcədə ehtiyac duyduğu hər şey. İSO yə uyğun gələn keyfiyyəti idarəetmə sistemi bütün maraqlanan tərəflərə (istehlakçılar, səhmdarlar, rəhbərlik, heyət, cəmiyyət, tərəfdaşlar və s.) fayda və mənfəət verir və istehlakçıların razılıq dərəcəsinin yüksəlməsinə xidmət edir.KEYFİYYƏT SİSTEMİ (KS)Keyfiyyət Sistemi (KS) – Təşkilatın rəhbərliyi və müdiriyyəti üçün keyfiyyət üzrə idarəetmə sistemidir.İSO standartları və onların sahə analoqları Azərbaycanda getdikcə daha geniş yayılırlar. Bu, bir sıra amil ilə əlaqədardır: rəhbərliyin şirkətin fəaliyyətini yaxşılaşdırmağa və mövcud idarəetmə sisteminin məhsuldarlığını artırmağa can atması, xarici tərəfdaşların və istehlakçıların tələbləri, tenderlərin şərtləri və həmin şərtlərin ən əsaslarından biri olaraq, İSO standartına və ya onun sahə analoqlarına uyğunluğun sertifikatlaşdırılması və bir çox digər amil və onların məcmusu. İstənilən halda, keyfiyyəti idarəetmə sistemini yaradarkən, təşkilat fayda və mənfəətlər qazanır.İSO – (International Organization for Standardization) KEYFİYYƏTİ SİSTEMİ NƏ DEMƏKDİR?İSO 9001İSO 9001 hər hansı bir iş və ya təşkilatda effektiv menecment təcrübəsi üçün, diqqəti müştərilərin ehtiyaclarına və ümidlərinə yönəltmək üçün səmərəli çərçivədir. O həm məhsul, həm də xidmətlərin keyfiyyətcə planlaşdırılmasına yardım edir.İSO 14001Ətraf mühit menecment sistemi üçün beynəlxalq standartlar silsiləsidir. Bu standartın məqsədi müəssisəyə ətraf mühitin qorunması və ətraf mühitin çirklənməsinin qarşısının alınması məsələləri ilə bağlı köməklik etməkdir. İSO 14001 ən çox tanınmış və qəbul edilmiş ətraf mühit menecment standartıdır. İSO 14001 sertifikatı ilə təsdiqlənmə daha geniş surətdə istehlakçılar tərəfindən, xüsusilə də Avropa istehlakçıları tərəfindən tələb edilməkdədir. İSO 45001Təşkilatın peşə təhlükəsizliyi menecment sisteminin əsas məqsədi etibarlı və təhlükəsiz iş mühiti yaratmaq, qəzalardan yayınmaq və yüksək səviyyəli iş təhlükəsizliyini təmin etməkdir.Peşə təhlükəsizliyi üçün ən mühüm prinsip və tələblər sağlamlıq və təhlükəsizliklə bağlı qanunvericilikdə öz əksini tapmış məcburi tələblərdən ibarətdir.   

Daha ətraflı
Sertifikatlaşdırma
Sertifikatlaşdırma

ISO standartı, Keyfiyyət Sistemi ilə əlaqədar əsas tələbləri açıqlayan millətlər arası bir referansdır. Bununla birlikdə bu standardlar, ancaq əlaqədar quruluşun mövcud strukturuna, sektoruna, müştəri strukturuna və səviyyəsinə uyğun olaraq yaradılmalı və tətbiq olunmalıdır. ISO Keyfiyyət Sistemini qurmaq qovluqlarin içində yazılı olan bəzi prosedurlara sahib olmaq demək deyil. Lazımi prosedurları yazılı olaraq müəyyən etmək də vacibdir. Lakin firmanıza təqdim etdiyimiz məsləhət dəstəyində KS`nin şüurlu və təsirli olaraq qurulması ilə konkret və ölçülə bilən yardım göstərəcəyini hədəflədiyimiz mövzularımız bunlardır:- Keyfiyyət Sistemi fəlsəfəsi və prinsiplərinin rəhbərlər və işçilər tərəfindən tanınması- Tətbiq edilməsi nəzərdə tutulan tələblərin iş alışqanlıqlarına çevrilməsi və tətbiq edilməsi- Həyata keçirilən KS qurma çalışmalarının məhsuldarlıq, təsirlilik, maliyyət anlayışı, müştəriyə yönəlmə, prosesə münasibət nöqteyi nəzərdən konkret yardım göstərməsi- Qurulan KS`nin inkişaf etdirmə qrupları, məsləhət sistemləri və keyfiyyət və sahiblənmə anlayışı sayəsində davamlı inkişaf etdirməyə hazir olmasıKeyfıyyət Sistemi Məsləhəti, aşağıdakı mərhələlərdən ibarətdir:1. İlk qiymətləndirmə2. Layihə heyətinin qurulması3. Əsas bilik vermə seminarları ( İdarəetmə, layihə heyəti və digər əməkdaşlar )4. Tədris ehtiyaclarının müəyyən olunması və planlaşdırılması5. Layihənin planlaması və xəbər verilməsi6. Sənədləşmə sistemi 7. Daxili nəzarət seminarı8. Daxili nəzarət tətbiq etmə9. Son qiymətləndirməyə nəzarətMƏSLƏHƏT PROSESİNDƏ İŞ ARDICILLIĞIMIZI. HAZIRLIQ1. Sizi dinləyirik, problemlərinizi, məqsədlərinizi öyrənirik, fəaliyyətlərinizi müşahidə edirik. Düzəliş və tətbiq etmə üçün zəruri şərtləri və şəraitin kifayətliliyini və fürsətləri araşdırırıq.2. Məlumatları təhlil edirik, fikirləşirik, həll yolu və ya model təkliflər hazırlayıb sizə təqdim edirk.II. PLANLAŞDIRMA1. Məqsədə nail olmaq üçün zəruri və uyğun alternativləri sizinlə birlikdə meydana gətiririk.2. Çalışmaları aparmaq üçün idarəetmə və əməliyyat səviyyəsində qruplar təşkil edirik. Məqsədimiz bilik və təcrübə atmosferində müştərək bir bölüşmə ruhuna nail olmaqdır.3. Yerinə yetiriləcək fəaliyyətləri bütöv şəkildə və təfərrüatı ilə birlikdə planlaşdırırıq.III. TƏTBİQ ETMƏ1. Planlaşdırılan işləri tətbiq edirik.2. Qrup çalışması üçün münasib şəraiti yaradırıq. Tətbiq etmə məsələlərini həll edən qruplara alt layihələrin tətbiqini həvalə edirik.3. İrəliləməni və müvəffəqiyyətin səviyyəsini yoxlayırıq.IV. NƏZARƏT1. Müntəzəm olaraq qruplarla və yuxarı səviyyədəki idarəçilərlə birlikdə yenilikləri müşahidə edirik. Zəruri hesab etdiyimiz düzəlişləri yerinə yetiririk.2. Uğurlarımızı bölüşürük.

Daha ətraflı
Whatsapp Zəng et