Sertifikatlaşdırma

Sertifikatlaşdırma

ISO standartı, Keyfiyyət Sistemi ilə əlaqədar əsas tələbləri açıqlayan millətlər arası bir referansdır. Bununla birlikdə bu standardlar, ancaq əlaqədar quruluşun mövcud strukturuna, sektoruna, müştəri strukturuna və səviyyəsinə uyğun olaraq yaradılmalı və tətbiq olunmalıdır. ISO Keyfiyyət Sistemini qurmaq qovluqlarin içində yazılı olan bəzi prosedurlara sahib olmaq demək deyil. Lazımi prosedurları yazılı olaraq müəyyən etmək də vacibdir. Lakin firmanıza təqdim etdiyimiz məsləhət dəstəyində KS`nin şüurlu və təsirli olaraq qurulması ilə konkret və ölçülə bilən yardım göstərəcəyini hədəflədiyimiz mövzularımız bunlardır:

- Keyfiyyət Sistemi fəlsəfəsi və prinsiplərinin rəhbərlər və işçilər tərəfindən tanınması

- Tətbiq edilməsi nəzərdə tutulan tələblərin iş alışqanlıqlarına çevrilməsi və tətbiq edilməsi

- Həyata keçirilən KS qurma çalışmalarının məhsuldarlıq, təsirlilik, maliyyət anlayışı, müştəriyə yönəlmə, prosesə münasibət nöqteyi nəzərdən konkret yardım göstərməsi

- Qurulan KS`nin inkişaf etdirmə qrupları, məsləhət sistemləri və keyfiyyət və sahiblənmə anlayışı sayəsində davamlı inkişaf etdirməyə hazir olması

Keyfıyyət Sistemi Məsləhəti, aşağıdakı mərhələlərdən ibarətdir:

1. İlk qiymətləndirmə

2. Layihə heyətinin qurulması

3. Əsas bilik vermə seminarları ( İdarəetmə, layihə heyəti və digər əməkdaşlar )

4. Tədris ehtiyaclarının müəyyən olunması və planlaşdırılması

5. Layihənin planlaması və xəbər verilməsi

6. Sənədləşmə sistemi 

7. Daxili nəzarət seminarı

8. Daxili nəzarət tətbiq etmə

9. Son qiymətləndirməyə nəzarət

MƏSLƏHƏT PROSESİNDƏ İŞ ARDICILLIĞIMIZ

I. HAZIRLIQ

1. Sizi dinləyirik, problemlərinizi, məqsədlərinizi öyrənirik, fəaliyyətlərinizi müşahidə edirik. Düzəliş və tətbiq etmə üçün zəruri şərtləri və şəraitin kifayətliliyini və fürsətləri araşdırırıq.

2. Məlumatları təhlil edirik, fikirləşirik, həll yolu və ya model təkliflər hazırlayıb sizə təqdim edirk.

II. PLANLAŞDIRMA

1. Məqsədə nail olmaq üçün zəruri və uyğun alternativləri sizinlə birlikdə meydana gətiririk.

2. Çalışmaları aparmaq üçün idarəetmə və əməliyyat səviyyəsində qruplar təşkil edirik. Məqsədimiz bilik və təcrübə atmosferində müştərək bir bölüşmə ruhuna nail olmaqdır.

3. Yerinə yetiriləcək fəaliyyətləri bütöv şəkildə və təfərrüatı ilə birlikdə planlaşdırırıq.

III. TƏTBİQ ETMƏ

1. Planlaşdırılan işləri tətbiq edirik.

2. Qrup çalışması üçün münasib şəraiti yaradırıq. Tətbiq etmə məsələlərini həll edən qruplara alt layihələrin tətbiqini həvalə edirik.

3. İrəliləməni və müvəffəqiyyətin səviyyəsini yoxlayırıq.

IV. NƏZARƏT

1. Müntəzəm olaraq qruplarla və yuxarı səviyyədəki idarəçilərlə birlikdə yenilikləri müşahidə edirik. Zəruri hesab etdiyimiz düzəlişləri yerinə yetiririk.

2. Uğurlarımızı bölüşürük.

Whatsapp Zəng et